İnfarkt hansı halda öldürür? - Həkimdən məsləhətlər

"Son illərdə təbabətin sürətlə inkişaf etməsi, diaqnostik imkanların genişlənməsi və xəstəxanalara müraciətlərin artması nəticəsində infarkt hallarının qeydiyyatında da artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri həm Bakıda, həm də regionlarda angioqrafiya mərkəzlərinin fəaliyyətə başlamasıdır. Xəstələr vaxtında müayinə və müalicə olunduqları üçün infarkt halları daha erkən aşkarlanır və rəsmi statistikaya daxil edilir".

Axşam.az xəbər verir ki, bu sözləri “İstanbul NS” klinikasının ürək-damar cərrahı Kamal Ağarzayev saytımıza müsahibəsində deyib. Həkim bildirib ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri əhalinin infarktın əlamətləri barədə maarifləndirilməsidir. Onun sözlərinə görə, infarktın ilkin əlamətləri çox vaxt stenokardiya ilə oxşarlıq təşkil etdiyindən insanlar təhlükəli vəziyyəti vaxtında ayırd edə bilmirlər. 

K.Ağarzayev qeyd edib ki, döş qəfəsində və ya ürək nahiyəsində yanma, sıxılma və ya güclü ağrı 20 dəqiqədən çox davam edirsə, xüsusilə 30-60 dəqiqə ərzində keçmirsə, bu, infarktın əlaməti ola bilər.

Həkim infarktın hər zaman ölümlə nəticələnmədiyini vurğulayaraq, bunları bildirib:

“Müəyyən məsafə yeridikdə yaranan və istirahətdən sonra keçən ağrılar artıq dayanandan sonra da keçmirsə, bu da ciddi təhlükə siqnalıdır.

Ürək-damar xəstələrinin tez-tez istifadə etdiyi nitroqliserin qəbul edildikdən sonra ağrı azalmır və ya tam keçmirsə, xəstə bunun infarktla əlaqəli ola biləcəyini nəzərə almalı və vaxt itirmədən təcili tibbi yardıma müraciət etməlidir. Çünki infarkt zamanı hər dəqiqə həyati əhəmiyyət daşıyır.

İnfarktın tipik əlamətlərinə döş qəfəsində güclü ağrı, ağrının sol qola, çiyinə, boyuna və ya kürəyə yayılması daxildir. Bununla yanaşı, atipik əlamətlər də müşahidə oluna bilər. Məsələn, bəzi xəstələrdə əsas şikayət yalnız təngnəfəslik, boyun ağrısı və ya mədə nahiyəsində narahatlıq olur.

Ürəyin aşağı divarının infarktı zamanı ağrılar mədəyə yaxın hiss olunduğuna görə bir çox xəstələr bunu mədə-bağırsaq problemi hesab edir və həkimə gec müraciət edirlər. Bu isə müalicənin gecikməsinə səbəb olur.

İnfarktın ölümlə nəticələnməsi, əsasən, xəstənin həkimə gec müraciət etməsi və ürək əzələsinin geniş sahəsinin zədələnməsi ilə bağlıdır. Vaxtında müdaxilə olunmadıqda ürək ritm pozğunluqları, kardiogen şok və digər ağırlaşmalar yaranır ki, bunlar da ölüm riskini əhəmiyyətli dərəcədə artırır.

Bu səbəbdən sadalanan əlamətlərdən hər hansı biri müşahidə olunarsa, vaxt itirmədən həkim müayinəsindən keçmək və təcili tibbi yardıma müraciət etmək vacibdir. Bu halda infarktdan qoruna və ya ondan sağlam çıxa bilmək mümkündür”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR