Bu avtobuslarda gedişhaqqı artırıldı

Paytaxtda 39 və 77 nömrəli avtobuslarda gedişhaqqı 60 qəpiyə qaldırılıb.

Gazette.az “yenisabah.az”a istinadla xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev 10 qəpiklik artımın səbəbini izah edib. Onun sözlərinə görə, gedişhaqqı artımı ictimai nəqliyyatda xidmətin yaxşılaşdırılması və avtobus parkının yenilənməsi ilə əlaqədardır: “Ötən il oktyabrın 1-dən marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib.

Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil edilib”.

N.Rzayevin sözlərinə görə, əvəllər 39 və 77 nömrəli marşrutlarda köhnə dizel avtobusları işlədiyi üçün bu xətlərdə gediş haqqı 50 qəpik olaraq qalmışdı:

“Həmin vaxt qeyd etdiyiniz marşrut xətlərində sərnişinlərə xidmət göstərən 39 və 77 saylı müntəzəm marşrut xətlərində dizel mühərrikli və nisbətən köhnə buraxılışlı nəqliyyat vasitələri xidmət göstərdiyindən tariflərdə dəyişiklik edilməmiş və 50 qəpik saxlanılıb. Lakin bu aydan 77 saylı müntəzəm marşrut xəttinə CNG texnologiyalı müasir iritutumlu avtobuslar buraxılıb. Həmçinin 39 saylı xəttə yeni buraxılışlı iritutumlu avtobuslar əlavə edilib. Bu səbəbdən tarif müvafiq olaraq qeyd edilən şərtlərə uyğunlaşdırılıb”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR