“AzParking”in mobil tətbiqi yeniləndi

“AzParking” mobil tətbiqinin yenilənmiş versiyasına qeydiyyat, sessiya idarəetməsi və istifadəçi təcrübəsini sadələşdirən bir sıra funksionallıqlar əlavə edilib.

Yenilənmə çərçivəsində tətbiqin əsas funksionallıqları yenidən işlənib, istifadəçi təcrübəsini çətinləşdirən bir sıra proseslər sadələşdirilib və yeni texniki imkanlar əlavə edilib. Tətbiqdə aparılan dəyişikliklərin əsas məqsədi parklanma prosesini daha aydın, rahat və operativ etmək olub. Bu yeniliklər istifadəçilərdən daxil olan müraciət, təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb.

Yeni versiyada təqdim olunan əsas dəyişikliklər:

mygov və SİMA inteqrasiyası vasitəsilə daha rahat qeydiyyat və identifikasiya prosesi;

Təkmilləşdirilmiş bildirişlər bölməsi;

Şikayət və təkliflərin tətbiq üzərindən daha sürətli göndərilməsi funksiyası;

Xəritə əsaslı istifadənin genişləndirilməsi;

Aktiv parklanma sessiyalarının tətbiq daxilində real vaxt rejimində göstərilməsi;

Bir hesab üzərindən bir neçə şəxs üçün fərdi parklanma talonuna müraciət imkanı.

Həyata keçirilən yenilənmə yalnız vizual dəyişikliklərlə məhdudlaşmayıb. Tətbiqin istifadə məntiqi və istifadəçi axınları yenidən optimallaşdırılıb ki, sürücülər gündəlik parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirə bilsinlər.

“AzParking” nümayəndəsinin sözlərinə görə, tətbiqin inkişafı mərhələli şəkildə davam etdiriləcək. Növbəti mərhələlərdə istifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə tətbiqə xarici vətəndaşların qeydiyyatı, xarici kartlarla ödəniş imkanları və xarici dövlət qeydiyyat nişanlı avtomobillərin əlavə edilməsi funksiyalarının da inteqrasiyası nəzərdə tutulur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR