İş saatından sonra zənglərə cavab vermək məcburidir?

Bəzi şirkətlər əməkdaşlardan iş saatlarından kənarda da zənglərə və mesajlara cavab verməyi gözləyir. Son illər iş mühitində ən çox müzakirə olunan məsələlərdən biri də məhz budur. Bəs bu tələb qanunvericiliyə uyğundurmu? İşçinin şəxsi vaxtında əlçatan olmamaq hüququ varmı və əlavə iş yükü hansı hallarda ödənişlə təmin edilməlidir?

"Ölkə.az" xəbər verir ki, mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasında əmək münasibətlərini və əmək mübahisələrini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir:

"Əmək Məcəlləsinə əsasən işçi ilə işəgötürən arasında münasibətlər əmək müqaviləsi əsasında qurulur. Əmək müqaviləsində işçinin iş saatları, həftəlik iş günləri, əmək haqqı və digər mühüm şərtlər öz əksini tapır. Müqavilədə müəyyən edilmiş iş saatları ərzində işçi öz vəzifələrini yerinə yetirməli və əlçatan olmalıdır. Lakin iş vaxtı başa çatdıqdan sonra işçinin əlçatan olub-olmaması onun öz seçimindən asılıdır. O, işlə bağlı telefonunu söndürə, işəgötürən və ya iş yoldaşları ilə əlaqəni dayandıra bilər.

Əgər əmək müqaviləsində iş saatlarından əlavə əlçatan olma tələbi nəzərdə tutulursa, bu artıq əlavə iş vaxtı kimi qiymətləndirilməlidir. Belə hallarda həmin müddət iş saatı kimi hesablanmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq işçiyə əlavə ödəniş edilməlidir", - deyə o qeyd edib.

Beləliklə, iş vaxtından kənarda əlçatan olmamaq hüququ işçinin psixoloji sağlamlığının qorunması, peşə tükənməsinin qarşısının alınması və şəxsi həyat toxunulmazlığının təmin edilməsi üçün qanunvericiliyin yaratdığı mühüm təminatdır. İşəgötürənlərin iş saatlarından sonra əməkdaşları zəng və mesajlarla narahat etməsi, onlardan daimi onlayn status tələb etməsi hüquqi əsasa malik deyil. Əmək bazarında sağlam mühitin formalaşması üçün şirkətlər iş prinsiplərini korporativ etika və qanun normalarına uyğun qurmalı, işçilər isə öz pozulmuş hüquqlarını tələb etməkdən çəkinməməlidirlər.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR