“Süleyman Vəzirov” borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi təmirdən sonra yenidən istismara qaytarılıb.

Bakı Gəmiqayırma Zavodunun üzən tərsanəsində həyata keçirilən təmir çərçivəsində gəminin sualtı və suüstü gövdə hissələri təmizlənərək rənglənib, gövdənin zədələnmiş polad təbəqələri yenilənib. Eyni zamanda kinqstonlar və gövdə armaturları yoxlanılıb, maşın şöbəsində, yaşayış blokunda və göyərtədə yerləşən mexanizmlərdə (kompressorlar, kran-balkalar, hava başlıqları və s.) cari təmir işləri aparılıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən işlər çərçivəsində isə sifarişçinin tələblərinə uyğun olaraq, “RAMEHA-860” tipli suqızdırıcı qazanın  odluğunun şamot izolyasiyası yenilənib, fırtına trapları sınaqdan keçirilib sertifikatlaşdırılıb. Buyların yan flyansları düzəldilib, həmçinin buraz keçən flyansları açılaraq yağlanıb, yerinə quraşdırılıb. Bundan əlavə, 3 və 4 nömrəli lövbər diyircəklərinin alt qoruyucu metal təbəqələri, arxa hissədə buraz keçən diyircək, yükaltı hərəkət edən diyircəklər, borudüzmə konveyerinin alt dayaqları və baş mühərriklərin mexaniki qoruyucu örtükləri təmir olunub. Arxa hissədə yerləşən 40 tonluq iki tumbalı knext hazırlanmaqla yenilənib. Yağ-yanacaq borularının alt hissəsində vanna yenilənib.

Həmçinin təmir zamanı gəmininarxa hissəsində yerləşən keçid platformalarının dayaqları bərpa olunub, meydançanın dayaq sütunları təmir edilib, hər iki bortun orta hissəsində su xətti səviyyəsində yerləşən polad lövhələr qaynaq edilib, burun hissəsində platformalarda çıxarıla bilən leyer çəpərləri bərpa edilib.

Bundan əlavə, ballast su xəttində yararsız hissələr dəyişdirilib, PV-40/60 tipli kranın burazları barabanlardan tam açılaraq yoxlanılıb, sınaqdan keçirilib və yenidən barabanlara sarınıb. Yükaltı və borualtı dayaqların, yanma qazanlarının, dartıcı-sıxıcı mexanizmin fundamentinin və polad buraz barabanının qüsurlu hissələri təmir olunub, göyərtə və bucurqadlar təmizlənərək rənglənib.

Həmçinin taxta döşəmə yenilənib, fekal nasosun elektrik mühərriki, eləcə də 3-cü və 6-cı qaynaq postlarının ventilyatorları təmir edilib.

Təmir başa çatdıqdan sonra gəmi dəniz-sınaq işlərinə cəlb olunub, sınaq uğurla başa çatıb və üzən vasitə istismar üçün sifarişçiyə təhvil verilib.

Qeyd edək ki, “Süleyman Vəzirov” borudüzən gəmisi dənizin 195 metrədək dərinliyində diametri 219–813 mm olan sualtı boru kəmərlərinin döşənməsi üçün nəzərdə tutulub. 108,3 metr uzunluğa və 25,6 metr enə malik gəmi 25 nəfərlik heyətlə istismar edilir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR