
Reklam
17 İyun 2026, 18:00
106
Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır
Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollar qiymətləndirilir.
Bunu İslam İnkişaf Bankı (IsDB) İnstitutunun baş direktorunun vəzifələrini icra edən Sami Əl-Suvaylem İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda çıxışı zamanı deyib.
O bildirib ki, İslam İnkişaf Bankı Qrupunun aktivləri təqribən 40 milyard dollar təşkil edir: “İİB Qrupu yarandığı gündən etibarən sahənin liderlərindən biri olub və belə də qalır. Bu, liderliyin ölçü ilə deyil, keyfiyyətlə müəyyən edildiyini göstərir”.
Azərtac
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





