Bakıda D8 üzv dövlətlərinin enerji nazirlərinin ilk görüşü keçiriləcək

Azərbaycan D8 təşkilatına daxil olan ölkələrin enerji nazirlərinin tarixdə ilk dəfə keçiriləcək toplantısına ev sahibliyi edəcək.

Bunu energetika naziri Pərviz Şahbazov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda deyib.

"İki həftə ərzində biz D8 üzv dövlətlərinin enerji nazirlərinin ilk görüşünə Bakıda ev sahibliyi edəcəyik. Görüş zamanı D8 İqlim və Enerji Mərkəzinin nizamnaməsi təqdim ediləcək. Qərargahı Azərbaycanda yerləşən mərkəz D8 üzv dövlətləri üzrə davamlı enerji layihələri üçün regional mərkəz kimi xidmət edəcək və bərpa olunan enerji, enerji səmərəliliyi və digər iqlimə davamlı təşəbbüslər üçün katalizator rolunu oynayacaq", - P. Şahbazov bildirib.

Nazirin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində "yaşıl enerji" zonasının formalaşdırılması strateji konsepsiyalar və diqqətlə hazırlanmış planlar əsasında reallaşdırılır: "Bu müasir və inteqrasiya olunmuş inkişaf çərçivəsi ilə regionda günəş panelləri, enerjiyə qənaət edən həllər və elektromobillər üçün şarj infrastrukturu geniş şəkildə tətbiq edilir, eyni zamanda 2030-cu ilə qədər planlaşdırılan 1 650 meqavat bərpa olunan enerji gücünün ildə təxminən 2 milyon ton emissiyaları azaltması gözlənilir".

P. Şahbazov həmçinin qeyd edib ki, bu inteqrasiya olunmuş enerji və şəhər planlaşdırma modeli Azərbaycanın başqa regionlarına da şamil edilir və bu təcrübə D8 ölkələri üçün tətbiqi mümkün olan praktik nümunə rolunu oynaya bilər.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR