“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edildi

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunan xidmətlərin əhatə dairəsi genişləndirilir. İllik istifadə sayı 320 mini ötən, Elm və Təhsil Nazirliyinə aid bir sıra mühüm xidmətlər artıq “mygov”a inteqrasiya olunub.

Gazette.az xəbər verir ki, “mygov” platforması üzərindən təqdim olunacaq yeni təhsil xidmətləri aşağıdakılardır:

• Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı (illik istifadəçi sayı 60,000 nəfərə qədər);

• Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə bakalavrların qeydiyyatı (illik istifadəçi sayı 14,000 nəfərə qədər);

• Ali təhsil müəssisələrinin rezidentura səviyyəsinə bakalavrların qeydiyyatı (illik istifadəçi sayı 600 nəfərə qədər);

• Ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı (illik istifadəçi sayı 24,000 nəfərə qədər);

• Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu (illik istifadəçi sayı 225,000 nəfərə qədər);

Qeyd edək ki, sözügedən xidmətlər “mygov” platformasında vətəndaşlar və təhsilalanlar tərəfindən növbəti tədris ilinə qəbul və qeydiyyat məqsədilə istifadə ediləcək.

Sözügedən xidmətlər my.gov.az portalı üzərindən əlçatandır. Vətəndaşlar platformanın “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Elm və Təhsil Nazirliyi” və ya “Sahələr” kateqoriyasından “Təhsil” seçimini edərək müvafiq xidmətlərə keçid edə bilərlər. Yenilik təhsilalanlara və valideynlərə prosesləri daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.

Yeni xidmətlərin istifadəyə verilməsi “mygov” platformasının vətəndaşlara təqdim etdiyi rəqəmsal imkanların daha da genişləndirilməsi və dövlət xidmətlərinin vahid platformada əlçatanlığının təmin olunması istiqamətində atılan növbəti addım hesab olunur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR