Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaq.

WUF13 Əməliyyat Şirkətindən verilən məlumata görə, Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.

Azərbaycanın Sədrliyi altında mayın 17-də keçiriləcək bu görüşdə hökumət nümayəndələri bir araya gələrək Yeni Şəhərsalma Proqramının icrasını nəzərdən keçirəcək və 2036-cı ilə qədər olan növbəti mərhələ üçün prioritetləri müzakirə edəcəklər. WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun olaraq, bu müzakirələrdə inklüzivliyə, davamlılığa və dayanıqlı şəhər inkişafına təkan verən əsas faktor kimi mənzil təminatı məsələsinə xüsusi diqqət yetiriləcək.

Qlobal qiymətləndirmə və yeni siyasi impuls

Nazirlər görüşü ölkələrə təcrübə mübadiləsi aparmaq, mövcud boşluqları müəyyənləşdirmək və Yeni Şəhərsalma Proqramı üzrə öhdəlikləri möhkəmləndirmək üçün platforma təqdim edəcək. Eyni zamanda, sözügedən görüş 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli icmal ərəfəsində siyasi dinamikanın artırılmasına da öz töhfəsini verəcəkdir.

İştirakçılar mənzil təminatının üç əsas istiqamət – sosial inklüzivlik və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanlar, eləcə də ekoloji dayanıqlılıq və iqlimə davamlılıq üzrə əsas təkanverici rolunu müzakirə edəcək və əldə edilmiş nəticələri, habelə milli yanaşmaları və növbəti mərhələ üçün prioritetləri nəzərdən keçirəcəklər.

Yüksəksəviyyəli dialoq və tematik panellər 

Tədbir Azərbaycan Respublikasının Hökuməti, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT nümayəndələrinin iştirakı ilə təşkil olunacaq yüksək səviyyəli dialoqla başlayacaq. Bunun ardınca nazirlər tərəfindən üzv dövlətlərin milli nailiyyətlərini və prioritet istiqamətlərini əks etdirən bəyanatlar səsləndiriləcək. 

Günün ikinci yarısında aşağıdakı mövzular üzrə üç tematik panel keçiriləcək:

• Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı

• Urbanistik rifah və hər kəs üçün imkanlar naminə mənzil təminatı

• Ekoloji cəhətdən dayanıqlı və iqlimədavamlı şəhərsalma üçün mənzil təminatı.

Bu sessiyalar mövzu üzrə həm praktiki yanaşmalar, həm də həll yolları ilə bölüşmək üçün hökumətləri, BMT qurumlarını, vətəndaş cəmiyyətini və yerli idarəetmə orqanlarını bir araya gətirəcək.

Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatacaq. Əsas tövsiyələri əks etdirməklə yanaşı, bu sənəd qlobal səviyyədə hesabatverməproseslərinə, eləcə də WUF13-ün yekun sənədlərinə, o cümlədən Bakı Fəaliyyətə Çağırış sənədinə töhfə verəcək.

WUF13-ün əhatəli proqramının tərkib hissəsi kimi nazirlər görüşü dayanıqlı urbanizasiya üzrə işlərin gedişatını sürətləndirmək üçün dövlət siyasətini yerli səviyyədə icra ilə uyğunlaşdırmaqla tədbirin dialoq, tərəfdaşlıq və fəaliyyət üçün qlobal platforma rolunu gücləndirəcrək.

Xatırladaq ki, WUF13 mayın 17–22 tarixlərində keçiriləcək.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR