"WhatsApp"ın sevimli özəlliyi ləğv olunur

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən olan "WhatsApp", istifadəçilərin profillərində rəqəmsal personajlar yaratmasına imkan verən avatar funksiyasını mərhələli şəkildə ləğv etmək qərarına gəlib.

Ölkə.Az xəbər verir ki, bir müddət əvvəl istifadəyə verilən bu funksiya vasitəsilə istifadəçilər üz forması, saç düzümü və geyim kimi detalları seçərək özlərinə məxsus avatarlar tərtib edə və onlardan profil şəkli kimi istifadə edə bilirdilər. Lakin edilən yeniliklərə və yeni stiker seçimlərinə baxmayaraq, bu funksiyanın gözlənilən marağı görmədiyi məlum olub.

Bu səbəbdən "WhatsApp" istifadə göstəricilərinin aşağı olmasını əsas gətirərək, avatar yaratma və redaktə etmə alətlərini bütün platformalardan tədricən yığışdırır. Artıq istifadəçilər nə profil tənzimləmələrində, nə də klaviatura bölməsində bu seçimlərə rast gəlməyəcəklər.

Digər tərəfdən, daha əvvəl göndərilmiş avatar stikerləri tamamilə silinməyəcək və söhbət tarixçəsində görünməyə davam edəcək.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR