Energetika naziri İƏT Təmiz Enerji Mərkəzinin icraçı direktoru ilə görüşüb

Energetika naziri Pərviz Şahbazovla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova arasında görüş keçirilib.

Görüşdə Təmiz Enerji Mərkəzinin regional əməkdaşlıq platforması kimi fəaliyyəti, planlaşdırılan layihələr və birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”ndən irəli gələn məsələlər, həmçinin qurumun maliyyələşdirilməsi, beynəlxalq təşkilatlar, enerji şirkətləri və maliyyə institutları ilə tərəfdaşlıq imkanları müzakirə olunub. Mərkəzin İƏT-ə üzv dövlətlər üzrə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində mövcud milli qanunvericilik, normativ hüquqi aktlar və siyasət çərçivələrinin mərkəzləşdirilmiş toplusunu formalaşdırmaq kimi planları diqqətə çatdırılıb. Belə təşəbbüslərin investorlar, maliyyə institutları və digər maraqlı tərəflər üçün faydalı olacağı qeyd edilib. Həmçinin bildirilib ki, Təmiz Enerji Mərkəzi əhatə etdiyi ölkələrdə müvafiq sahədə bilik və bacarıqların artırılmasına, təcrübə mübadiləsinə dəstək verməyi, regional və beynəlxalq forumlarda iştirakını genişləndirməyi planlaşdırır.

Söhbət zamanı Energetika Nazirliyinin Mərkəzin fəaliyyətinə dəstəyi ifadə olunub və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə birgə tədbirlərin keçirilməsi tövsiyə edilib.

Qeyd edək ki, Mərkəz İƏT-in ixtisaslaşmış qurumu olmaqla yanaşı, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) tərkib hissəsi kimi 2025-ci ilin sentyabrından fəaliyyətə başlayıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR