
Reklam
17 Aprel 2026, 11:32
98
Artıq Kürdəmirə də qatarla gedə biləcəyik
Aprelin 18-dən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Gazette.az xəbər verir ki, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir.
Məlumat üçün bildirək ki, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışı 17 aprel tarixindən başlayır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





