Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstəyi davam etdirir

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsində “Bələdiyyələrdə idarəetmənin təkmilləşdirilməsi: metodoloji dəstək və xarakterik nöqsanların müzakirəsi” mövzusunda seminar-müşavirələr keçirilib. Tədbirlərdə Bakı bələdiyyələrinin, Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri iştirak ediblər.

Seminarlar zamanı 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planından, həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlər müzakirə edilib. Bu çərçivədə yerli özünüidarəetmə orqanlarında texnoloji potensialın gücləndirilməsi, əməkdaşların rəqəmsal bacarıqlarının artırılması və fəaliyyətin dövlət səviyyəsində müəyyən edilmiş rəqəmsal inkişaf prioritetlərinə uyğun qurulmasının vacibliyi vurğulanıb.

Bununla yanaşı, “2025-ci il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”nin Milli Məclisdə müzakirəsinin nəticələri, deputatlar tərəfindən səsləndirilən təkliflər və görüləcək tədbirlər barədə məlumat verilib.

Eyni zamanda, inzibati nəzarət və metodoloji yardımın nəticələrinin təhlili əsasında bələdiyyələrdə vergilərin düzgün hesablanması, büdcələrin proqnozlaşdırılması və icrası ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasının, risk yaradan halların qarşısının alınmasının, vətəndaş məmnunluğunun artırılmasının və etik davranış qaydalarına əməl edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirlərdə 56 nəfər iştirak edib. Sonda bələdiyyə nümayəndələrinin fikir və təklifləri dinlənilib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR