Xəzərin sahillərində minlərlə quşunun tələf olduğu aşkarlanıb

Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.

Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.

Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub.

“Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb, suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır”, - deyə rayon sakini Anar Mikayılov söyləyib.

Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlinib. Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də, daha dəqiq məlumat yalnız mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra müəyyənləşəcək. (AZƏRTAC)

      

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR