Sosial şəbəkələrdə “sərfəli kredit” elanları verən şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq saxta elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacızeynal Hacıyev saxlanılıb. Bu üsulla onun çoxsaylı vətəndaşları aldadaraq külli miqdarda pul vəsaitini taladığı məlum olub.
 
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkənlər H.Hacıyevin yaratdığı səhifələrdəki elanlara inanaraq şəxsi və bank kartı məlumatları, eləcə də müxtəlif məbləğlərdə maddi vəsaitləri qarşı tərəfə göndəriblər. Saxlanılan şəxs pulu ələ keçirdikdən sonra məsuliyyətdən yayınmaq üçün həmin hesabları bloklayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, internet resurslarındakı “onlayn qazanc”, “asan gəlir”, “sərfəli kredit” və bu kimi adlar altında paylaşılan elanlara qarşı diqqətli olsunlar. Bunun üçün şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, belə hallarla rastlaşdıqda isə dərhal polisə məlumat verilməlidir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR