SIM kartların içində həqiqətən qızıl var? — AÇIQLAMA

Çinlilər qızıl əldə etmək məqsədilə köhnə SIM-kartları kütləvi şəkildə satın alırlar. Yerli emalçılardan biri sosial şəbəkədə bununla bağlı görüntülər paylaşıb. Belə ki, o, 2 ton SIM-kart aldığını və onlardan 191 qram qızıl əldə etdiyini video vasitəsi ilə nümayiş etdirib. Video sürətlə yayılıb və hazırda bir çox insan bu zənginləşmə üsulunu təkrarlamağa çalışır.

Bu barədə Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib ki, SIM-kartlardan qızıl əldə edilməsi prosesi elmi cəhətdən mümkün olsa da, bu üsulla zənginləşmək səmərəsizdir:

“Qeyd olunan nümunədəki 191 qram qızılın əldə edilməsi üçün 2 ton materialın emalı tələb olunur ki, bu da hər kiloqram üçün cəmi 0.09 qram qızıl deməkdir. Bu qədər kiçik həcmdə qiymətli metalı ayırmaq üçün sərf olunan bahalı kimyəvi reagentlər, logistika xərcləri və işçi qüvvəsi çox vaxt əldə olunan qızılın bazar dəyərini üstələyir. Çinli emalçıların bu işi kütləvi şəkildə həyata keçirməsinin əsas səbəbi isə prosesin yalnız sənaye miqyasında, tonlarla materialın eyni vaxtda emalı zamanı gəlirli olmasıdır”. 

O bildirib ki, bu proses sağlamlıq və ekoloji risklər daşıyır:

“Ev şəraitində qızılı digər metallardan ayırmaq üçün istifadə olunan güclü turşular reaksiya zamanı tənəffüs yolları üçün ölümcül dərəcədə zəhərli olan azot-dioksid qazı ifraz edir. Müvafiq laboratoriya şəraiti, filtrasiya sistemləri və peşəkar qoruyucu vasitələr olmadan bu işlə məşğul olmaq ağır zəhərlənmələrə və ətraf mühitin civə, qurğuşun kimi ağır metallarla çirklənməsinə səbəb olur. Bu səbəbdən, sosial şəbəkələrdə sürətlə yayılan bu növ görüntülər real qazanc mənbəyindən ziyadə, texniki təhlükəsizlik qaydalarından xəbərsiz insanlar üçün ciddi risk faktoru hesab olunmalıdır”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR