“İçərişəhər”də qatarlar artıq dönə biləcək

Metronun “İçərişəhər” stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerası) inşasına start verilir.

“Bakı Metropoliteni” QSC-dən verilən xəbərə görə, tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasına nail olmaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini ən yüksək həddə çatdırmaqdır. 

Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda “İçərişəhər” stansiyasında sərnişinləri düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edəcək. 

Bununla həm də arxadan gələn qatarların hərəkətinə maneələr və intervalın azaldılmasına təhlükəsizlik səbəbi ilə maneə olan bufer zonası ləğv ediləcək. Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq.

Beləliklə, dönmə kamerasının inşası nəticəsində qırmızı xətt üzrə mümkün ən minimal interval tətbiq ediləcək, sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılacaq, pik saatlarda ehtiyat qatarları dönmə kamerasında hazır saxlanılacaq, qatarların gecələməsi və gecə işləri üçün əlverişli şərait yaradılacaq, texniki nasazlıq yarandıqda qatarlar xətdən operativ çıxarılacaq.

Qeyd edək ki, dönmə kamerası sərnişinlərin metroya daxil olması üçün alternativ giriş yaratmayacaq. O, sırf texniki məqsədləri – qatarların sürətli manevrlərini və parklanmasını təmin edəcək. Layihə şəhərsalma prinsipləri və ekomühitin yaradılması baxımından da paytaxt üçün mühüm əhəmiyyət daşıyır. Hazırda yalnız xaotik avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yerüstü səthi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək, yeraltı hissəsində 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq inşa olunacaq, ən aşağı səviyyəsində qatarların hərəkəti və texniki ehtiyaclar üçün müasir infrastruktur qurulacaq.

Tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmayacaq. “İçərişəhər” stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR