Avropa Parlamentinin qərəzli qətnamələri Azərbaycanı doğru yolundan geri çəkə bilməz - ŞƏRH

“Avropa Parlamentinin Azərbaycan Respublikası əleyhinə qəbul etdiyi növbəti qətnamə qərəzli yanaşmanın, ikili standartların və regional reallıqlara selektiv münasibətin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Sözügedən sənəd nə obyektiv fakta, nə beynəlxalq hüququn prinsiplərinə, nə də bölgədə formalaşmış yeni geosiyasi reallıqlara əsaslanır”.

Bu sözləri Milli Məclisin deputatı, Ailə,qadın uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib. O bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanın suveren hüquqlarının, ərazi bütövlüyünün və təhlükəsizlik maraqlarının nəzərə alınmaması ciddi narahatlıq doğurur. O, bildirib ki,Ermənistanın uzun illər ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salınması faktına Avropa Parlamenti tərəfindən ya səthi, ya da tamamilə laqeyd yanaşılması açıq ikili standart nümunəsidir.

“44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqların qəbul edilməməsi və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan legitim addımlarının təhrif olunması Avropa Parlamentinin vasitəçi yox, siyasi təzyiq aləti kimi çıxış etdiyini göstərir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etmişdir. Avropa Parlamentinin bu hüquqi əsasları görməzdən gəlməsi beynəlxalq hüquqa selektiv yanaşmanın bariz nümunəsidir. Əgər beynəlxalq hüquq prinsipləri universaldırsa, onlar bütün dövlətlər üçün eyni şəkildə tətbiq olunmalıdır. Qətnamədə yer alan ittihamlar hüquqi sübutlara deyil, siyasi sifarişlərə və birtərəfli məlumat mənbələrinə əsaslanır ki, bu da sənədin etibarlılığını ciddi şəkildə sual altına alır. Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamələrin əksəriyyəti radikal erməni lobbilərinin və müəyyən siyasi qrupların təsiri altında formalaşır. Bu lobbilər regionda sülhün və sabitliyin bərqərar olmasında deyil, gərginliyin davam etməsində maraqlıdırlar”, - deyə Jalə Əliyeva bildirib. Deputat vurğulayıb ki, Azərbaycanın sülh təşəbbüslərinə, regional əməkdaşlıq çağırışlarına və normallaşma prosesinə qarşı bu cür qətnamələrin qəbul edilməsi Avropa Parlamentinin özünün elan etdiyi dəyərlərlə ziddiyyət təşkil edir. Belə qətnamələrin Cənubi Qafqazda davamlı sülhün qurulmasına yox, destruktiv yanaşmanın təşviqinə yol açdığı qeyd olunub:

“Azərbaycan dəfələrlə bəyan etmişdir ki, regionda sülh və əməkdaşlıq üçün real addımlar atılmalıdır. Avropa Parlamentinin birtərəfli mövqeyi isə sülh prosesinə etimadsızlıq yaradır. Azərbaycan Respublikası beynəlxalq hüquqa hörmət edən, regional və qlobal əməkdaşlığa açıq dövlətdir. Ölkəmiz öz daxili işlərinə xarici müdaxiləni qəbuledilməz hesab edir və suveren qərarların kənar siyasi təzyiqlərlə yönləndirilməsinə qarşı prinsipial mövqe sərgiləyir. Bu kimi qətnamələr Azərbaycan–Avropa İttifaqı münasibətlərinə töhfə vermir, əksinə, bu münasibətlərə xələl gətirir. Bir daha qeyd etməliyik ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə obyektivlikdən uzaq, siyasi motivli və qeyri-konstruktiv sənəddir. Bu yanaşma nə regionda sülhə, nə də beynəlxalq əməkdaşlığa xidmət edir. Azərbaycan isə Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, milli maraqlarına, suverenliyinə və beynəlxalq hüquqa əsaslanan mövqeyindən heç vaxt geri çəkilməyəcəkdir”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR