Bulvarın su çəkilən yerlərində nə tikiləcək? - AÇIQLAMA

Son illərdə Xəzər dənizinin Azərbaycan sahillərində dəniz suyunun xeyli çəkilməsi müşahidə olunur.

Ölkə.Az xəbər verir ki, Bakı bulvarından baxdıqda beton maneələrlə bir yığılmış suyun olması görünürdüsə, artıq su xeyli çəkilib.

Bulvarın bəzi ərazilərində suyun azalması və torpaq sahəsinin üzə çıxması daha çox nəzərə çarpır.
Rəsmi açıqlamalar və ekoloqların proqnozları suyun səviyyəsinin azalmasının növbəti illərdə də davam edəcəyini göstərir. Belə olan halda Bakı bulvarının suyun çəkildiyi ərazilərində genişləndirilməsi nəzərdə tutulub-tutulması sual doğurur.
Dənizkənarı Bulvar İdarəsi adından da göründüyü kimi dənizin kənarındakı hissəyə nəzarət etdiyi üçün suyun çəkildiyi hissə ilə bağlı qərar verməyib.
Bakı şəhərinin Baş planında da dənizkənarı bulvarla bağlı infrastruktur işlərinin aparılması barədə dəyişiklik qeyd edilməyib.
Qeyd olunur ki, çəkilmənin hansı səviyyədə olacağı hələlik məlum olmadığından burada bulvarın genişləndirilməsi barədə hər hansı tədbirlərdən söhbət getmir.

Ölkə.Az mövzu ilə bağlı  memarlıq üzrə elmlər doktoru Elçin Əliyevin fikirlərini öyrənib. O, saytımıza açıqlamasında bulvarın genişləndirilməsi ilə bağlı suala belə cavab verib:

“Yadımdadır ki, mən uşaq olanda da dəniz, qabaqda idi, sonra çəkildi, daha sonra yenidən gəldi. Əminəm ki, bu, dövri hadisədir və nə vaxtsa qayıdacaq. Məsələn, mən 1924-cü ilə məxsus fotoları görmüşəm ki, Səbail qalası, təxminən bir 1.5 m suyun üstünə çıxmışdı. Bugün isə Səbail qalası faktiki hələ də dənizin altındadır, maksimum yarım metr çölə çıxıb. 1920-ci illərdə dəniz faktiki indiki səviyyədən 1.5 metr aşağıda idi.  Vaxtilə Qız qalası düz dənizin kənarında idi. Bəlkə də bir neçə il, 10 illikdən sonra yenə çəkilən hissələrə su dolacaq.

Mən görürəm ki, dövlət orqanları, Bulvar İdarəsi işlər görürlər. Təxminən bir-iki il bundan qabaq dəniz çəkiləndə, orada qurub torpaq var idi, köhnə taxtalar, dəmirlər, faktiki 100 ildə Bakı buxtasında nə zir-zibil yığışmışdı, sahildə üzə çıxmışdı. Dövlət qurumları həmin yerləri təmizlədilər. Bir neçə ayda oranı torpaqla gözəl şəkildə örtdülər. 

Bir memar kimi fikirləşirəm ki, biz hələlik bir neçə il gözləməliyik. Necə 70-ci illərdə dənizin geri çəkilməsi ilə bağlı faktiki dənizkənarı bulvar genişləndi, yeni bir bulvar salındı, bəlkə də 3-4 ildən sonra təminən 10-15 metr yeni yeni bulvar xətti salmaq olar. Amma inanıram ki, bu yenə də müvəqqəti olacaq.  Bir neçə il gözləməliyik ki, baxaq görək, situasiya necə inkişaf edir”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR