SƏTƏM mütəxəssisləri üçün keçirilən təlim proqramı yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mütəxəssisləri üçün təşkil olunan təlim proqramı uğurla başa çatıb.

Proqram çərçivəsində 20 müəssisənin SƏTƏM üzrə məsul əməkdaşları əməyin mühafizəsi və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə dair təlimlərdə iştirak ediblər. Təlimləri müvəffəqiyyətlə tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən təşkilat nümayəndələri müəssisələrdə təhlükəsiz və sağlam iş mühitinin təmin edilməsinin prioritet istiqamət olduğunu vurğulayaraq, əməyin mühafizəsi sahəsində davamlı maarifləndirmənin əhəmiyyətini xüsusi qeyd ediblər.

Təlim müddətində iştirakçılar müasir iş təhlükəsizliyi standartları, fərdi mühafizə vasitələrindən düzgün istifadə, fövqəladə hallar zamanı davranış qaydaları, eləcə də istehsalatda bədbəxt hadisələrin təhqiqi və uçota alınması prosedurları barədə ətraflı məlumatlandırılıb. Sessiyalarda hadisələrin kök səbəblərinin analizi, profilaktik tədbirlərin planlaşdırılması və təhlükəsizlik üzrə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi də diqqət mərkəzində olub.

Təlim proqramının məqsədi müəssisələrdə əməyin mühafizəsi sistemlərinin gücləndirilməsi, işçilərin həyat və sağlamlığının etibarlı şəkildə qorunması və təhlükəsizlik proseslərinin beynəlxalq və yerli tələblərə uyğun təkmilləşdirilməsi olub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR