Naxçıvanda vergiödəyiciləri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, görüşdə sahibkarları maraqlandıran məsələlər, o cümlədən ictimai iaşə fəaliyyətində əmək müqavilələrinin və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in tətbiqi ilə bağlı məsələlər geniş müzakirə olunub.

Vergiödəyicilərinin diqqətinə çatdırılıb ki, ictimai iaşə fəaliyyətində şəffaf əmək münasibətlərini təmin etmək məqsədilə “Sadələsdirilmis vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla işləri yerinə yetirməli olan şəxslər bu qəbzi aldıqdan sonra işəgötürən tərəfindən işlərə cəlb edilməlidir. Vergiödəyicisi həmin şəxsləri müvafiq qəbzi təqdim etmədən işlərə cəlb etdikdə isə onlarla əmək müqaviləsi bağlamalıdır.

Görüşdə əmək müqaviləsinin işçinin hüquq və vəzifələrini, sosial təminatlarını və əmək münasibətlərinin hüquqi çərçivəsini müəyyən etdiyi bildirilib.

Qeyd olunub ki, ictimai iaşə sektorunda şəffaflıq və ədalətli əmək münasibətlərinin təmin olunması üçün ilk növbədə əmək müqavilələrinin bağlanması və əməkdaşların fəaliyyətinin tam şəkildə rəsmiləşdirilməsi son dərəcə vacibdir.

Həmçinin sadələşdirilmiş vergi üzrə qəbz sisteminin tətbiqinin xidmət prosesinin və ödənişlərin şəffaf şəkildə sənədləşdirilməsinə, qeyri-rəsmi dövriyyənin azalmasına, işçinin gəlirlərinin rəsmi uçota düşməsinə şərait yaratdığı bildirilib, öhdəliklərin düzgün icra olunmamasının əlavə maliyyə itkilərinə səbəb olduğu vergiödəyicilərinin diqqətinə çatdırılıb.

Sonra sahibkarlar mövzu ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Muxtar respublikada biznes mühitinin daha da yaxşılaşdırılması və iqtisadiyyatın daha da şəffaflaşdırılması üçün qanunvericiliyin tələblərinə ciddi riayət olunması tövsiyə olunub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR