SOCAR Təhlükəsizlik İdarəsinin əməkdaşları üçün təlim

Əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunmasına dair növbəti maarifləndirici təlim SOCAR Təhlükəsizlik İdarəsinin əməkdaşları üçün keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində təşkil edilmiş təlimdə İdarənin 25 əməkdaşı iştirak edib.

Təlim zamanı iştirakçılara “İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliklər”, “İstehsalatda baş vermiş bədbəxt hadisələr və icbari sığorta”, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, həmçinin “Əməyin mühafizəsi üzrə risklərin minimallaşdırılması məqsədilə süni intellekt əsasında idarə olunan tətbiqlər və fərdi mühafizə vasitələrinin istifadəsi” mövzularında təqdimatlar təqdim olunub.

Bundan başqa, Əməyin Mühafizəsi Mərkəzi, İcbari Sığorta Bürosu və Standartlaşdırma İnstitutunun nümayəndələri əməyin mühafizəsi, istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, eləcə də qəbul edilən standartların tətbiqi ilə bağlı çıxışlar ediblər.

Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların ünvanladıqları suallar cavablandırılıb.

Qeyd edək ki, təlimlərin əsas məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, eləcə də əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə dolğun məlumat verməkdir. Bununla yanaşı, istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların artırılması da təlimlərin əsas hədəfləri sırasındadır.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR