Naxçıvanda gender bərabərliyinə dair maarifləndirmə tədbiri keçirilib

“Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda növbəti maarifləndirmə tədbiri Naxçıvanda keçirilib.

Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə işəgötürənlər üçün təşkil olunub.

Çıxışlarda sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti, həmçinin Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə ətraflı məlumat verilib.Bundan əlavə, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də mövzu üzrə fikirlərini bildiriblər.

Tədbir “Əmək və məşğulluq” (ƏMAS) altsistemində aparılmış təhlillər əsasında, iqtisadi fəaliyyət növləri üzrə qadınların nisbətən az təmsil olunduğu müəssisələrdən dövlət və qeyri-dövlət sektorunu təmsil edən 30-a yaxın nümayəndənin iştirakı ilə təşkil edilib.

Sonda müzakirə edilən mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR