Lənkəranda qeyri-formal məşğulluqla mübarizəyə dair müzakirə aparılıb

Lənkəran şəhərində işəgötürənlər üçün “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran–Astara regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 25 nəfər iştirak edib.

Çıxış edənlər qeyri-formal məşğulluğun aradan qaldırılması, sosial rifahın artırılması və əmək münasibətlərinin leqallaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, əmək müqaviləsi bağlanmadan işə cəlb edilmə yolverilməzdir və əmək münasibətləri yalnız qanunvericiliklə təsdiqlənmiş müqavilə əsasında formalaşmalıdır. Həmçinin bildirilib ki, əmək müqaviləsi olmadan işləmək gələcəkdə işçilərin sosial və əmək hüquqlarını məhdudlaşdırır.

Tədbirdə iştirakçılara əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, əmək münasibətlərinin rəsmiləşdirilməsinin üstünlükləri və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR