Gömrük əməkdaşları üçün təlim keçirilib

Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların-ərzaq məhsullarının, dərman vasitələrinin, mədəniyyət məhsullarının, canlı heyvanların və bitkilərin, dini təyinatlı məlumat materiallarının, eləcə də xidməti və mülki silahların gömrük sərhədindən keçirilməsi qaydaları” mövzusunda təlim keçirilib.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində reallaşan təlimdə Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirlikləri,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssisləri də iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov gömrük orqanlarının həyata keçirdikləri tədbirlərin əhəmiyyətindən, eləcə də dövlət qurumları ilə birgə əməkdaşlıq imkanlarından danışıb. Həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi ilə bağlı təlimdə əldə olunan biliklərin gömrükçülərin peşə bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra aidiyyəti qurumların əməkdaşları tərəfindən “Dərman vasitələrinin fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədilə gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi zamanı diqqət yetirilməli olan məsələlər”, “Xidməti və mülki silahların ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən aparılması”, “CİTES Konvensiyası və CİTES icazə/sertifikatının verilməsi”, “Muzey işi və daşınar mədəni sərvətlərin müvəqqəti və ya daimi ixracı prosesi”, “Fiziki şəxslər tərəfindən ərzaq məhsullarının, canlı heyvan və bitkilərin gömrük sərhədindən keçirilməsi”, “Dini təyinatlı məlumat materiallarının gömrük sərhəddindən keçirilməsi” mövzularında məlumatlar verilib.

Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR