Qazi: Sevinirəm ki, qələbəni görmək bizim nəslə qismət oldu

Hərb tariximizin şərəfli səhifəsi olan və şanlı Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsində xalqımızın vətənpərvər, qeyrətli oğulları torpaqlarımızı düşmən tapdağından azad etdilər. Vətən yolunda sağlamlığını itirən Orxan Babayev belə nər igidlərdən biridir.

Babayev Orxan Səfər oğlu 1989-cu il yanvarın 28-də Daşkəsən rayonunun Bayan kəndində anadan olub. Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbi bitirdikdən sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən qarşısında borcunu ödəyən Orxan Babayev hərb sahəsinə marağı səbəbilə 2012-cü ildən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlılarının sırasına qoşulub. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Murovdağ istiqamətində döyüşlərə qatılıb.

Orxan Babayevin bildirdiyinə görə, döyüş yoldaşları ilə birgə Koroğlu postundan Kəlbəcər istiqamətində irəliləyib və düşmənin bir neçə postunu və canlı qüvvəsini, əraziyə gələn təminat maşınlarını məhv edib. Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə də düşmənin bir çox canlı qüvvəsi zərərsizləşdirilib. “Həmişə deyirdim ki, nə olursa olsun, mən kor bir güllədən yaralanmayım. Nə olacaqsa döyüşdə, üzbəüz olsun, özü də sonda olsun. Düşmənlə mübarizə aparmaq istəyirdim. Kəlbəcərdən tutmuş, düz Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində döyüşdük. Son döyüşüm Şuşanın Topxana meşəsində oldu”, - deyən Orxan Babayev əlavə edir ki, digər ərazilərdə olduğu kimi Şuşa istiqamətində gedən döyüşlər də gərgin keçib. Hərbçilərimiz Topxana meşəsində özlərinə mövqe seçərkən Orxan Babayev düşmən snayperin açdığı atəşlə qolundan ağır yaralanıb, onunla çiyin-çiyinə döyüşən yoldaşı Kamran Fərəcov isə şəhid olub. Babayev ilk olaraq Füzulidəki hospitala, daha sonra Bakıya göndərilib. Əməliyyatda əlinin dörd barmağı amputasiya olunub. “Topxana meşəsində çayı keçdik, yuxarıda dayanmalı olduq. Dağ yamacı var idi, yumru dairə şəklində istiqamət aldıq. Yanımıza kötük, daş qoyub mövqelənirdik.

Gecəgörmə cihazı var idi. Mən dizimi yerə qoydum ki, onu götürüm. Soldan atəş açdılar, yaralandım. Yıxıldım, özümü əlimlə itələdim. Demə o güllə mənə dəyərək çıxıb, Kamranın boğazına girib”, - deyə Orxan Babayev xatırlayır. O, qələbə xəbərini də xəstəxanada olarkən alıb. “Reanimasiyada idim. Telefonum, çantam təminatda qalmışdı. Ağrılarım çox idi. Vəziyyətdən xəbər tutmaq üçün radio istədim, mənə gətirdilər. Radioda Prezidentimizin qələbəmizi elan etməsini eşitdim, həm ağladım, həm sevindim. 30 il torpaqlarımız işğal altında idi. Dayım, bibimoğlu şəhid olub. Neçə dayılarımız, əmilərimiz Vətən üçün canını qoyub. Sevinirəm ki, qələbəni görmək bizim nəslə qismət oldu”, - deyən qazi vurğulayır ki, iki oğlan övladını da Vətənə sevgi ilə böyüdür. Vətən bizə əcdadlarımızın əmanətidir. Əmanət olan yurdu sevmək və qorumaq ən ümdə borcdur.

Orxan Babayev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, döyüşlərdə göstərdiyi şücaətlərə görə “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə, “Şuşanın azad olunmasına görə” medallarla təltif olunub.

AZƏRTAC

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR