Ramin Məmmədov ABŞ-a səfər edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Səfər çərçivəsində Ramin Məmmədov Kem C. Qardner adına Siyasət İnstitutunun  direktoru Natali Qoçnur ilə görüşüb. Komitə sədri ölkəmizdə dini təhsilin inkişafının önəmi, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyət istiqamətləri barədə danışıb.  Qeyd edib ki, dini təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə müxtəlif ölkələrin təhsil müəssisələri ilə əlaqələr qurulur, tələbə  mübadiləsi həyata keçirilir, ortaq tədqiqat layihələri icra olunur.

İnstitutun icraçı direktoru Natali Qoçnur ölkəmizdə dini müxtəliflik, tolerantlıq və mədəni harmoniya prinsiplərinin dövlət siyasətinin ayrılmaz hissəsi kimi həyata keçirilməsini təqdirəlayiq nümunə adlandırıb. İnstitutun beynəlxalq tərəfdaşlarla əməkdaşlığa böyük önəm verdiyini bildirən N.Qoçnur Azərbaycan təcrübəsinin dinlərarası dialoq, mədəni müxtəliflik və sosial inteqrasiya sahəsində xüsusi maraq doğurduğunu qeyd edib.

Komitə sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Təhsil üzrə İdarə Heyətinin katibi Kelli Hos və Kilsənin Xeyriyyəçilik Mərkəzinin direktoru Şeron Yubenk ilə də görüşüb. Görüşlərdə Azərbaycandakı dövlət-din münasibətləri, dini sahədə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib, eləcə də dini təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Yuta Dünya Ticarət Mərkəzinin icraçı direktoru Conatan Fridmanla baş tutan görüşdə isə dinlərarası dialoq və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR