Gömrük məsələləri üzrə üçtərəfli komitənin iclası keçirilib

Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 4-cü iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Türkiyə Respublikası Ticarət nazirinin müavini Sezai Uçarmak, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin baş direktoru İrakli Beraianın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Tərəflər arasında ticarətin asanlaşdırılması, tranzit imkanlarının artırılması və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə gömrüklə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

İclasda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəliliyinin artırılması üçün sərhəd-keçid məntəqələrində rəqəmsallaşmanın genişləndirilməsi, gömrük prosedurlarının və tranzitin sürətləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), e-TİR prosedurunun tətbiqi, Səlahiyyətli İqtisadi Operatorlar, gömrük hüquqpozmalarına qarşı mübarizə, elektron məlumat mübadiləsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR