“Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda təlimlərə start verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən, uşaqların zərərli informasiyadan qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə təlimlərə start verilib.

Komitədən Gazette.az-a verilən məlumata görə, təlimlər uşaq hüquqları və informasiya məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının əməkdaşları, ümumtəhsil müəssisələrinin psixoloqları, eləcə də yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar üçün təşkil olunur.

Oktyabrın 6-dan 9-dək davam edəcək təlim proqramı beynəlxalq ekspert, professor Sophie Kiladze tərəfindən aparılır.

Təlimlərdə Sophie Kiladze tərəfindən uşaqların zərərli informasiyadan qorunması sahəsində Azərbaycan Respublikasında mövcud qanunvericilik bazası, bu sahədə beynəlxalq təcrübədə tətbiq olunan normativ-hüquqi sənədlər, informasiya məhsullarının yaş kateqoriyaları və təsnifatı, həmçinin müəllim və valideynlərlə işin təşkili kimi mövzular üzrə təqdimatlar keçirilir.

Dörd gün davam edəcək təlim proqramında 120 nəfər iştirak edir.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR