
Reklam
07 Oktyabr 2025, 11:20
191
Ziyafət Əsgərov: Azərbaycanda sosial rifah göstəriciləri son illərdə əhəmiyyətli dərəcədə artıb
Ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox yüksəlib.
Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında bildirib.
Ziyafət Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, təkbaşına öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





