Bu gündən məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başlanılır

Bu gündən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başlanılır.

Bu barədə Gazette.az-a “2 school” startap şirkətindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək. Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bu məqsədlə “2 School” startap şirkəti vasitəsilə layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək.

Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər.

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi və 189–190 nömrəli tam orta məktəb daxildir.

Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR