Şəhid Rüfət Mayılovun xatirəsi anılıb

Göyçayın Kürdəmiş kəndində Vətən müharibəsi şəhidi Mayılov Rüfət Bəhram oğlunun şəhadətə ucalmasının beşinci ildönümü qeyd edilib. Mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Anım tədbirində şəhidin keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıq və Vətənə sədaqəti barədə geniş məlumat verilib. Vurğulanıb ki, Rüfət Mayılovun fədakarlığı, igidliyi gələcək nəsillərə örnəkdir. Onun həyat yolu təkcə bir ömür hekayəsi deyil, Azərbaycan igidliyinin və Vətən sevgisinin təcəssümüdür. Qeyd olunub ki, məhz Rüfət kimi qəhrəman oğullarımızın sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. Qazanılan Zəfər xalqımızın birliyi, həmrəyliyi və şəhidlərin misilsiz qəhrəmanlığı hesabına mümkün oldu. Şəhidlərin əziz xatirəsi daim uca tutulacaq, onların ruhu hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasiminin sonunda kənd tam orta məktəbinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Xatırladaq ki, şəhid Rüfət Mayılov 2001-ci il 31 yanvarda Göyçay rayonunun Kürdəmiş kəndində dünyaya göz açıb. 3 aprel 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək 2020-ci il 30 sentyabrda Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR