Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Gazette.az-a verilən məlumata görə, “Sosial xidmət haqqında” Qanuna əsasən, yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar.

Ulu Öndər Heydər Əliyev tərəfindən yaşlı insanlara, ahıllara daim xüsusi qayğı göstərilməklə, onların sosial təminatı sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin olunub. Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması əhalinin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atılmasına imkan verib.

Bu gün ölkəmizdə hər bir ahıl şəxs sosial təminat sistemi ilə əhatə olunub. Onlar aylıq pensiya və ya müavinətlərlə təmin olunurlar. Dövlətimizin başçısının tapşırıqları əsasında 2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi həyata keçirilməklə, sosial ödənişlərdə ciddi artıma, o cümlədən minimum pensiyada 3 dəfəyə yaxın, ortaaylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərinin həcmində 5 dəfə artıma nail olunub.

Son illərdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı birgə layihəsi əsasında yaşlı, ahıl şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə xidmət edən müxtəlif tədbirlər həyata keçirilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən 4 minədək ahıl şəxs isə sosial xidmətlərlə təmin olunur. Onlardan 230 nəfəri Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində daimi dövlət himayəsində yaşayır, 3 min 750 ahıl şəxsə isə evlərində sosial-məişət xidmətləri göstərilir.

Bütün sosial xidmət müəssisələrində, həmçinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Həmin müəssisələrdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər, o cümlədən onların mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR