
27 sentyabr tarixi Zəfərə doğru yürüşün başlanğıc günüdür
Düz beş il əvvəl bu gün – 27 sentyabr tarixində Azərbaycan, çətin, lakin şərəfli bir yolun yolçusuna çevrildi. Uşaqdan-böyüyə, qocadan-cavana, hər kəs Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında “Dəmir Yumruq” tək birləşərək, qəhrəman Azərbaycan Ordusunun tarixi sınaqdan üzüağ, alnıaçıq çıxmasına öz töhfəsini verdi.
44 gün ərzində haqq savaşında “hər şey Vətən üçün” şüarı ilə irəli atılan igid oğullarımız dünyada misli görünməmiş cəsarət, mərdlik nümayiş etdirdilər. 27 sentyabr 2020-ci il tarixi tariximizə torpaqlarımızın bütövlüyü uğrunda qəsbkar düşmənə qarşı illər boyu aparılan siyasi mübarizənin Qalibiyyət müjdəçisi, Zəfərə doğru yürüşün başlanğıc günü kimi yazıldı. Otuz ilə yaxın müddətdə işğal altında qalan tarixi torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Sözsüz Vətən Muharibəsindəki qələbə təkcə səngərlərdə qazanılmadı. Bu qələbə Möhtərəm Prezidentimizin səriştəli siyasətinin məntiqi nəticəsi idi. Hələ muharibənin gedişində Ölkə başçısının bacarıqlı siyasi manevrləri bütün dünyanı mat qoymuşdu. Muharibəyə müxrəlif don geyindirib dünyaya fərqli təqdim etməyə çalışan düşmən ölkə və onun havadarları düşünülmüş, zərgər dəqiqliyi ilə hesablanmış müdrik siyasətin qarşısında aciz qalmışdı. Dünyanın dörd bir yanında yaşayan və ürəyi Vətənlə döyünən bütün dünya azərbaycanlıları informasiya savaşında da qalib gələrək, düşmən və onun dəyirmanına su tökənləri məhv etdi. Bu savaş dünya hərb tarixində də yeni səhifə açdı. Muharibədən sonrakı dövr xalqımızın hər bir nümayəndəsi üçün daha həssas idi. Əlbəttə, muharibələr itkisiz olmur. Xalq olaraq bu itgilərin acısını, ağrısını birgə yaşadıq.
Qaytarılan torpaqlarımız, 30 ildir gözlədiyimiz qələbə, özümüzə qaytarılan milli qürurumuz bu acıların təsəllisinə çevrildi. Şəhid anaları, ataları, həyat yoldaşları başlarını dik tutdular, Vətən sağ olsun dedilər. Dövlətimizin müharibədən zərərçəkmiş insanlara, şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət ən yüksək səviyyədədir. Bu gün Azərbaycan xalqı şəhidlərimizin ruhuna yüksək ehtiram göstərir, xatirəsini uca tutur.
Nəsib Abbasov
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





