“Gender bərabərliyi və genderəsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gender bərabərliyi və genderəsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib.

Gazette.az xəbər verir ki, təlimin əsas məqsədi gender bərabərliyi mövzusunda media əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyətin bu sahədə maarifləndirilməsi işində medianın rolunun gücləndirilməsidir.

Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edərək, Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr barədə ətraflı məlumat verib.

Medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət yönəldən S.Qəhrəmanova vurğulayıb ki, media nümayəndələrinin gender məsələlərinə yanaşma tərzi cəmiyyətdə formalaşan təsəvvürlərə ciddi təsir göstərir. Bu baxımdan, jurnalistlərin gender bərabərliyi və ayrı-seçkilik kimi mövzularda daha məlumatlı olması və həssas yanaşma nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır.

Sonra təlimçi, gender eksperti Məryəm Məcidova iştirakçılara gender bərabərliyinin əsas anlayışları, genderəsaslı zorakılıq, Azərbaycanda genderəsaslı cins seçiminin səbəbləri və fəsadları mövzularında geniş təqdimatlarla çıxış edib. O, həmçinin gender bərabərliyinin təşviqində medianın rolu və genderə həssas jurnalistikanın üstünlükləri barədə danışıb.

İnteraktiv müzakirələrlə davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR