Ordubadda Anım Günü ilə bağlı tədbir keçirilib

27 Sentyabr - Anım Günü çərçivəsində “44 günlük Zəfər tariximizin başlanğıc günü” adlı tədbir Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hərbçilər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Gazette.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin bərpa olunması  uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Anım Gününün Azərbaycan xalqının tarixində həm kədər, həm də qürur günü olduğunu bildirib, şəhidlərimizin qəhrəmanlığını və Vətən uğrunda göstərdikləri fədakarlığı vurğulayıb. İcra başçısı, qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində şərəfli səhifədir və bu günün xatirəsi gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir.  Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin güclü rəhbərliyi sayəsində Azərbaycanın müharibədə tarixi Qələbə qazanması, həmçinin, azad olunmuş torpaqlarda quruculuq və dirçəliş dövrünün başlanması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğu da qeyd edilib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinim deputatı, tibb üzrə fəlsəfə doktoru, dosent Elmar Rzayev və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə çıxış edərək Anım Gününün xalqımız üçün müqəddəs gün olduğunu vurğulayıb, şəhidlərin canı və qanı bahasına qazanılan Qələbənin daim qürur mənbəyimiz olacağını qeyd ediblər.

Tədbirin bədii hissəsində “27 sentyabr — Anım Günü”nə həsr olunmuş “Vətənin qəhrəmanı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada şəhidlərin qəhrəmanlığı, Vətən uğrunda göstərdikləri şücaəti və xalqımızın həmrəyliyi canlı şəkildə əks etdirilib.

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR