Qadınların sağlamlığı mövzusunda maarifləndirici tədbir keçirilib

Yeni Klinikada TƏBİB-in təşkilatçılığı, Bank Respublikanın dəstəyi ilə “Dəyişən rollar, dəyişməyən güc: güclü qadınların mental sağlamlığı” adlı maarifləndirici tədbir təşkil olunub.

Gazette.az xəbər verir ki, tədbirin əsas məqsədi qadınların fiziki və mental sağlamlığı mövzusunda ictimai məlumatlılığı artırmaq, mövcud psixoloji və sosial dəstək mexanizmlərini tanıtmaq, həkimlər, ictimai xadimlər, qadın liderlər və şəhid ailələrinin iştirakı ilə fikir mübadiləsi apararaq cəmiyyətin bu mövzuda həmrəyliyini və dəstəyini gücləndirməkdir.

Tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Bank Respublikanın İnsan resursları departamentinin direktoru Məryam Əmrahlı və direktor müavini Jalə Nəcəfova, millət vəkiləri Sevinc Fətəliyeva və Pərvanə Vəliyeva çıxış edərək qadınların sağlamlığının və psixoloji rifahının cəmiyyətin gələcəyi üçün əhəmiyyətini vurğulayıblar.

Daha sonra “Qadın sağlamlığı və motivasiya” mövzusunda panel diskussiya keçirilib. Panelin moderatoru TƏBİB-in Daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova olub. Diskussiyada TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, “Azerbaijan HR Institute” şirkətinin təsisçi və direktoru Emil Hüseynov, uzman psixiatr və psixoterapevt Leyla Abdullayeva, təhsil eksperti, təlimçi və alpinist Vəfa Musayeva iştirak edərək qadınların psixoloji dayanıqlığı, iş və şəxsi həyat balansı, motivasiya və sağlamlıqla bağlı təcrübələrini bölüşüblər

Tədbir çərçivəsində həmçinin uzman klinik psixoloq Nigar Eyvazovanın “İş və həyat balansı” mövzusunda interaktiv təlimi keçirilib.

Tədbirin sonunda məruzəçilərə qadınların maariflənməsinə və tədbirə verdikləri dəyərli töhfələrə görə xatirə plaketləri təqdim olunub.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

BÜTÜN XƏBƏRLƏR