"Dövlət Suverenliyi Günü" münasibətilə ümumrayon tədbiri keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dövlət Suverenlik Günü” münasibətilə tədbir təşkil olunub. 
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri,qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Öncə şəhər mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, onların əziz xatirələri ehtiramla yad edilib.
 
Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək tədbir iştirakçılarını Dövlət Suverenlik Günü münasibətilə təbrik edib, qeyd olunub ki, Azərbaycan xalqının əsrlərlə arzuladığı azadlıq və dövlətçilik ideyası 1991-ci ildə gerçəkləşərək müstəqil dövlətimizin əsasını qoydu. Bu tarixi gün xalqımızın milli qürurunun, azadlıq uğrunda mübarizəsinin simvoludur. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti müstəqilliyimizin qorunub saxlanılmasında həlledici rol oynadı. Bu gün isə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Azərbaycanın müstəqilliyi və suverenliyi daha da möhkəmlənib, ərazi bütövlüyümüz tam təmin olunub, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir.
 
Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bütün şəhidlərimizi, o cümlədən Birinci Qarabağ savaşında, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən 2023-cü ilin sentyabrında Qarabağda aparılan bir günlük lokal xarakterli antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızı hər zaman ehtiramla yad edirik. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bildirildi ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin inkişaf yolunda yeni mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır və milli birliyimizin, dövlətçiliyimizə sədaqətimizin bariz ifadəsidir.
 
Çıxış edən digər natiqlər - şəhid kapitan Xəzər Cəfərovun həyat yoldaşı Bülülxanım Cəfərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəis müavini, mayor Razim Məmmədov, “Neftçala-Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva  Azərbaycan xalqının müstəqillik yolunda keçdiyi şərəfli tarixi, Dövlət Suverenlik Gününün əhəmiyyətini diqqətə çatdıraraq, bu günün ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında mühüm mərhələ olduğunu qeyd ediblər. Onlar, həmçinin dövlətimizin apardığı uğurlu siyasətin nəticəsində müstəqilliyimizin daha da möhkəmləndiyini və xalqımızın gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq əzmində olduğunu vurğulayıblar.
 
Tədbir çərçivəsində Dövlət Suverenlik Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib, tədbirə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən X.Məmmədov adına Rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bədii proqramla yekun vurulub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR