"GS1 Azerbaijan" məlumat bazası "Azexport" portalına inteqrasiya olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı ilə "GS1 Azerbaijan" arasında avtomatlaşdırılmış məlumat mübadiləsi təmin olunub. 
İnteqrasiyanın nəticəsi olaraq, yerli şirkətlərin "GS1 Azerbaijan" bazasındakı məlumatlarının daha sürətli və rahat şəkildə “Azexport” portalına əlavə edilməsi üçün texniki işlərə start verilib.  Bu tədbir "Azexport" portalı ilə "GS1 Azerbaijan" arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanır.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, inteqrasiya istehsalçılarla yanaşı, istehlakçılara da yeni imkanlar təqdim edir. Belə ki, artıq istehlakçılar “Azexport” portalında “GTIN (Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi) üzrə axtarış” bölməsi vasitəsilə '476' ilə başlayan nömrəni daxil etməklə məhsul haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu məlumatlara məhsulun adı, şəkli, ölçü vahidi, miqdarı, qablaşdırma növü, təsnifatı, istehsalçının adı və VÖEN nömrəsi daxildir.

A.Qədəşov əlavə edib ki, növbəti mərhələdə “GS1 Azerbaijan” tanınma nişanı məhsul məlumat panelində göstəriləcək, bu da rəqəmsal məlumatların təhlükəsizliyini və etibarını artıracaq, portalın məlumat bazasını genişləndirəcək.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR