"Hospital cinayətkar kimi tanıtmaq üçün görüntüləri QƏSDƏN yayıb" - Ağayevin vəkilindən SƏRT SÖZLƏR

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"ı məhkəməyə verməsinin detalları məlum olub.

Sənətçinin vəkili Asif Mustafayev açıqlama verərək A.Ağayevin hospitalı niyə məhkəməyə verdiyini izah edib.

O qeyd edib ki, "Medera Hospital" A.Ağayev ilə bağlı hadisənin videogörüntülərini, onun klinikada müayinə və müalicəsi ilə bağlı məlumatlarını razılığı olmadan, qanunsuz formada ictimailəşdirib:

"Bununla da hospital bir sıra yerli və beynəlxalq hüquq normalarını görməzdən gəlib. Sözügedən qanunsuz hərəkətlər A.Ağayevin şəxsi həyatının gizliliyini pozub, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ciddi, bərpaolunmaz zərər vurub. Halbuki bu məlumatlar yalnız istintaq orqanı və ya məhkəmənin sorğusu əsasında yalnız həmin orqanlara təqdim edilə bilərdi. Çünki müvafiq qurumlar belə həssas məlumatları sübut kimi qiymətləndirməklə yanaşı, istintaq sirri anlayışı altında mühafizəsini də təşkil edirlər. Onu da qeyd edim ki, qanunvericiliyə əsasən, məhkəmənin qüvvəyə minmiş hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Halbuki klinika məqsədli şəkildə sadaladığım məlumatları yaymaqla müdafiə etdiyim şəxsin cəmiyyət tərəfindən cinayətkar kimi qəbul edilməsinə nail olmağa çalışıb".

Vəkil əlavə edib ki, klinikanın vəzifəli şəxsləri onun incəsənət xadimi olması səbəbi ilə yaydıqları xəbərin asanlıqla ictimailəşəcəyini və A.Ağayevin əleyhinə sui-istifadə ediləcəyini əvvəlcədən dərk edirdilər:

"Bir nüansı da diqqətə çatdırım ki, öz pasiyentinin şəxsi məlumatlarına belə biganə və təzyiq aləti kimi yanaşan tibb müəssisəsinin bu qanunsuz davranışı orada müalicə alan digər vətəndaşları da eyni risk və təhdid altına almış olur. Belə çıxır ki, bu müəssisə tibbi fəaliyyət nəticəsində topladığı məlumatları hər hansı bir mübahisə zəminində öz xəstələrinin əleyhinə yönəldərək sui-istifadə edəcək. Odur ki, tərəfimizdən klinikaya qarşı iddia qaldırılıb".

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR