BAKU Azərbaycan
27.03 °C

İndoneziya Prezidenti Ukraynaya səfərə gedir

İndoneziya Prezidenti Coko Vidodo bu gün Ukrayana səfər edəcək. O, Kiyevə Polşadan yola düşəcək.

Gazette.az xəbər verir ki, bu barədə C.Vidodo tviterdə yazıb.

“Polşadan Kiyevə, Ukraynaya yola düşürük. Bu sülhməramlı missiyaya start verdik”, - paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl İndoneziya Prezidentinin Kiyevə və Moskvaya səfər edəcəyi bildirilmişdi. O, Ukraynadakı müharibənin dayandırılmasına nail olmaq niyyətində olduğunu açıqlamışdı.

Bundan başqa, səfər çərçivəsində Coko Vidodo qlobal ərzaq və enerji böhranlarının həlli yollarını müzakirə etmək niyyətindədir.