BAKU Azərbaycan
7.03 °C

Çavuşoğlu: “Türkiyə Rusiya və Ukraynanı bir araya gətirə bilən yeganə ölkədir”

“Həm Rusiya, həm də Ukrayna ilə danışa bilərik. Yanlışa yanlış, doğruya doğru deyirik. Hər iki ölkəni masa ətrafında bir araya gətirən yeganə ölkəyik”.

Gazette.az xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri qeyd edib ki, bu, Ankaraya etimadın göstəricisidir.

“Rusiyanın Ukraynaya hücumunu tənqid etməyimizə baxmayaraq, qarşı-qarşıya qaldığımız və razılaşmadığımız məsələlər var. Bu, bizim prinsipial mövqeyimiz sayəsində Türkiyəyə göstərilən etimadın nəticəsidir”, - xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.