BAKU Azərbaycan
21.03 °C

Avropa Parlamentinin sədri: "Aİ Ukraynaya namizəd statusu verməyə hazırdır"

“Avropa İttifaqı (Aİ) Ukraynaya qapı açmağa və ona namizəd statusu verməyə hazırdır”.

Gazette.az UNİAN-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının sammiti ərəfəsində Avropa Parlamentinin sədri Roberta Metsola deyib.

“Mənim üçün Ukrayna Avropadır. Bu həftə çox vacibdir. Biz Ukraynaya geniş qapı açmağa hazırıq və mən ukraynalı bacı-qardaşlarımızı ailəmizlə birlikdə qucaqlamağa səbirsizlənirəm”, - Avropa Parlamentinin sədri bildirib.

Metsola həmçinin Ukraynanın Aİ üzvlüyünə namizəd ölkə olacağına inamını ifadə edib: “Əminəm ki, bundan sonra bütün lazımi addımlar atılacaq”.

Xatırladaq ki, Avropa ölkələrinin liderləri iyunun 23-24-də keçiriləcək sammitdə Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar verməlidirlər.

 

 

report