Türkmənistan İran vasitəsilə öz elektrik enerjisini üçüncü ölkələrə göndərmək istəyir

Türkmənistan elektrik enerjisinin İranın enerji sistemi vasitəsilə üçüncü ölkələrə ötürülməsinə başlamağı təklif edir.

Gazette.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Tehranda iki ölkə prezidentləri arasında hökumət nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda bildirilib.

Svop tədarükü praktikasından artıq Türkmənistan və İran istifadə edir. Belə ki, təbii qaz mübadiləsi sahəsində Aşqabad bunu Tehrana, o da öz növbəsində Bakıya tədarük edir.

Bu kontekstdə danışıqlarda digər bazarlara svop vasitəsilə yeni ixrac marşrutlarının açılması imkanları müzakirə olunub.

İran paytaxtında keçirilən görüşlərdə qeyd olunub ki, Türkmənistanın ona əvvəllər verdiyi təbii qaza görə borcun İran tərəfindən ödənilməsi istiqamətində işlər aparılır və bu məsələ həllini tapacaq.

İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Bakı Enerji Forumu zamanı deyib ki, İran Türkmənistan və Azərbaycan ilə üç ölkə arasında təbii qaz mübadiləsinin həcmini iki dəfə artırmaq barədə razılığa gəlib.

Nazir əlavə edib ki, İran, Türkmənistan və Azərbaycan ötən ilin noyabrında bağlanmış svop sazişində nəzərdə tutulan qazın həcminin iki dəfə artırılması ilə bağlı danışıqları demək olar ki, başa çatdırıblar.

Razılaşmaya əsasən, hazırda Türkmənistan İranın şimal-şərq rayonlarına gündə 5-6 milyon kubmetr, İran isə şimal-qərb sərhədində eyni həcmdə qaz tədarük edir.

Ovci yanvarda bildirib ki, İran Türkmənistanla qaz mübadiləsini gündə 40 milyon kubmetrə və ya ildə 10-15 milyard kubmetrə çatdırmaq üçün lazım olan imkanlara və infrastruktura malikdir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR