
Reklam
02 İyun 2022, 18:18
584
Zəyəmçay su anbarının yaradılmasına başlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zəyəmçay su anbarının yaradılması istiqamətində işlərə başlayıb.
Gazette.az xəbər verir ki, hazırda bu məqsədlə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır.
Yeni su anbarı Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli sərəncamı əsasında yaradılır. Həmin sərəncamda əlavə olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə və Viləşçay su anbarlarının yaradılması nəzərdə tutulub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





