BAKU Azərbaycan
17.03 °C

Çexiya Ukraynaya 30 milyon dollarlıq hərbi yardım göstərəcək

Çexiya Müdafiə Nazirliyi Ukraynaya hərbi yardım üçün daha çox vəsaitin ayrılması tələbi ilə tezliklə hökumətə müraciət edəcək.

Gazette.az  "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

Məbləğ təxminən 600-700 milyon çex kronu (30 milyon ABŞ dollarına qədər - red.) olmalıdır.

"Yardımın davamlı olması çox vacibdir. Çexiya uzun müddətdir yardım göstərən ölkələrdən biridir", - nazir bildirib.

Müharibə başlayandan indiyədək Çexiya Ukraynaya silah, o cümlədən tank və helikopter, 140 milyon avroluq hərbi avadanlıqlar verib.

 

 

report