Avropa Rusiya neftinin idxalını məhdudlaşdırmaq qərarına gəlib

Avropa Şurası (AŞ) tərəfindən hazırlanmış altıncı sanksiyalar paketi layihəsinə Rusiya neftinin “Drujba” kəməri ilə idxalına qadağa daxil edilmir, amma sənədə neftin dəniz yolu ilə nəqlinə embarqo daxil edilib.

Gazette.az “Reuters”ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri yeni sazişi mayın 30-da keçiriləcək görüşdə müzakirə edəcəklər.

“Avropa Şurası Rusiyaya qarşı sanksiyaların altıncı paketinə xam neftin, eləcə də boru kəməri ilə tədarük edilən xam neftin müvəqqəti istisna olunmasıyla, Rusiyadan üzv dövlətlərə tədarük edilən neft məhsullarının tədarükünə qadağa qoyulacağının daxil edilməsi ilə razılaşır”, - sənəddə göstərilib.

AŞ Avropa enerji bazarında ədalətli rəqabəti və hamı üçün bərabər şəraiti təmin etmək üçün yeni paketi dərhal yekunlaşdırmağa və qəbul etməyə, həmçinin təchizatda qəfil fasilələr yarandıqda üzv dövlətlər arasında həmrəyliyə çağırıb. Şura hesab edir ki, bloka daxil olan ölkələr boru kəməri ilə tədarük olunan xam neftin müvəqqəti istisnası ilə bağlı məsələni mümkün qədər tez həll etməlidir.

Qeyd edək ki, Rusiyadan “Drujba” kəməri ilə neft nəqlinə qoyulan qadağanın təxirə salınması məsələsini nəzərdən keçirməyi mayın 28-də Avropa Komissiyası (AK) qitə ölkələrinə tövsiyə edib. Bu tədbir dənizə çıxışı olmayan Aİ dövlətlərinə, ilk növbədə Macarıstana yanacaq təchizatı məsələsinin texniki həllini tapmaq üçün vaxt qazanmağa imkan verəcək. Lakin mayın 29-da keçirilən iclasda Aİ-nin 27 ölkəsinin Daimi Nümayəndələr Komitəsi neft embarqosunun daha yüngül variantı ilə bağlı kompromis əldə edə bilməyib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR