Polis qadını tutdu: Görün həyətində nə edirmiş - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş təxirəsalınmaz əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nazilə Hüseynova iş başında, yəni çətənə kollarına qulluq edən zaman yaxalanıb. Həyətyanı sahəyə baxış keçirilən zaman tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu aşkarlanıb. Nazilə Hüseynova ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini etiraf edib və onları becərməkdə məqsədinin yetişdirib qurutduqdan sonra satıb, yüksək qazanc əldə etmək olduğunu bildirib. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülüb və müvafiq ekspertizaya təqdim olunub. N.Hüseynova isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə yaşadığı evin həyətindəki istixanada külli miqdarda narkotik tərkibli bitkilər kultivasiya edən və narkotik vasitələrin satışı ilə məşğul olan Meşəşambul kənd sakini İsa Gözəlov tutulub. Həmin istixanaya baxış keçirilən zaman oradan ümumi çəkisi 40 kiloqrama yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi 7 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR