Qlobal temperaturun artımı 3 dərəcəni keçərsə...

Qlobal iqlim dəyişmələri ilk növbədə kənd təsərrüfatının məhsuldarlığını azalda bilər. Dünyada bir milyarda qədər insan kənd təsərrüfatı ilə məşğul olur. Burada qida təhlükəsizliyi məsələsi gündəmə gələ bilər. Bütün ölkələr qida təhlükəsizliyi məsələlərinə hazır olmalıdır. Su qıtlığı məsələsi yenə də öz aktuallığını saxlayacaq. Qlobal temperaturun 2 dərəcə artması bütün dünyada su resurslarına yenidən baxışı gündəmə gətirəcək. Bir çox ölkələrdə buzlaqlar əriyib və onların əriməsi hesablama və analizlər aparılmasını tələb edir. 2080-ci ilə qədər dünyada 1,8 milyard insan su qıtlığından əziyyət çəkə bilər.

Gazette.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib.

O bildirib ki, bununla yanaşı, ekosistemlər məhv ola bilər: "Temperaturun 2 dərəcəyədək artması fauna və flora növlərinin məhvolma riskini artıracaq. Artım 3 dərəcəni keçərsə, biomüxtəlifliyə aid növlərin təqribən 20-30 faizinin nəsli kəsilə bilər.

Digər mənfi təsir insan sağlamlığına ilə bağlıdır. Xroniki xəstəliklər arta bilər. O cümlədən temperaturun artması ilə malyariyanın əhatə dairəsi genişlənə və əlavə 400 milyonadək insan həmin xəstəliyə yoluxa bilər. Həmçinin yeni hibrid müxtəlif xəstəlik növlərinin meydana gəlməsi qaçılmazdır".

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR