Mariupoldan daha 500 insan təxliyə olunub

“Biz Mariupol şəhərindən və şəhərdəki “Azovstal” zavodunun ərazisindən insanların çıxarılması üzrə növbəti mürəkkəb təxliyə əməliyyatını keçirdik. Deyə bilərəm ki, təqribən 500 vətəndaşı çıxara bildik”.

Gazetta.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqramda yazıb.

“Ukrayna bütün dinc sakin və hərbçiləri xilas etmək üçün əlindən gələni etməyə davam edəcək. BMT-yə kömək üçün təşəkkür edirəm”, - o bildirib.

Qeyd edək ki, böyük hissəsi Rusiyanın işğalına məruz qalan Mariupolun əhalisinin təxliyəsi mühasirədən dolayı mümkünsüz hala gəlib. Aprelin 28-də BMT-nin Ukraynadakı rezident əlaqələndiricisi Osnat Lubrani Təşkilatın Baş katibi Antoniu Quterrişin xahişi ilə Mariupol sakinlərinin təxliyəsini gerçəkləşdirmək üçün ölkənin şərqindəki Zaporojye vilayətinə yola düşüb. Son günlər şəhər əhalisinin, xüsusilə “Azovstal” zavodunda qalan dinc sakinlərin təxliyəsi həyata keçirilir.

Xatırladaq ki, Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən bəri mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın “Azov” alayı durur. Ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplamış “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR